İranda ziyarətgahlar açıldı

İranda ziyarətgahlar açıldı

İranın Qum və Məşhəd şəhərlərində dini ziyarətgahlara giriş bərpa olunub. Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib.

Onun sözlərinə görə, ziyarətgahlara gələn vətəndaşlar mütləq tibbi maskadan istifadə etməlidirlər. Bu məqsədlə ziyarətgahların qarşısında tibbi maska paylanılacaq.

Azvision.az
 

Mənbə: azvision.az