Əfqanıstan hökuməti Talibanın daha 900 üzvünü sərbəst buraxıb

Əfqanıstan hökuməti Talibanın daha 900 üzvünü sərbəst buraxıb

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyi məlumat verib.

Daxili İşlər Nazirliyi bildirib ki, iki gün ərzində 900 Taliban üzvü azad edilib.

Qeyd edək ki, Taliban Fitr bayramı ərəfəsində hücumları dayandıracağını bildirmişdi.

Taliban ABŞ-la sülh sazişi imzaladıqdan sonra hökumət qüvvələrindən 120 civarında şəxsi azad edib, hökumət isə Talibanın 800 civarında silahlısını sərbəst buraxmışdı.

Taliban ABŞ-la imzalanan sülh sazişi kimi hökumətlə də eyni anlaşmanın imzalanması üçün 5 min məhbusun sərbəst buraxılmasını tələb edir.

Mənbə: www.interaztv.com