Bu ölkənin keçmiş prezidenti yenə də parlament seçkilərinə buraxılmadı

Bu ölkənin keçmiş prezidenti yenə də parlament seçkilərinə buraxılmadı

Monqolustanın keçmiş prezidenti Enkhbayar Nambara bu il keçiriləcək parlament seçkilərində iştirak etmək qadağan olunub.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı ölkənin Seçki Komissiyası yayıb.

Səbəb kimi onun 2012-ci ildə korrupsiyaya görə məhkumluğu göstərilir.

Mənbə bildirir ki, o, 13 aprel 2012-ci ildə həbs edilərək dövlət əmlakını satmaqda ittiham olunub.

2012-ci ilin avqustunda Nambar 4 il həbs cəzasına məhkum edilib, sonradan həbs müddəti 2,5 ilə endirilib.

Sabiq prezident ümumi seçkilərdə Ulan Batorun Bayangol rayonunda “Sizin və Bizim Koalisiyamız” partiyasından namizəd kimi qeydiyyata alınmaq üçün ərizə təqdim edib, lakin qeydiyyata alınmayıb.

Ona 2017-ci ildə keçiriləcək prezident seçkilərində də iştirak etmək qadağan olunub.

Xatırladaq ki, Nambar 2000-2004-cü illərdə ölkənin baş naziri, 2004-2005-ci illərdə parlamentin spikeri, 2005-2009-cu illərdə Monqolustanın prezidenti olub.

Monqolustanda 2020-ci il iyunun 24-də ümumi seçkilərin keçirəcəyi gözlənilir.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az