Liviya ordusu BƏƏ zirehli texnikasını məhv etdi

Liviya ordusu BƏƏ zirehli texnikasını məhv etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Liviya ordusu Xəlifə Haftarın qüvvələrinə daha bir zərbə endirib.

Bu barədə Liviya ordusunun apardığı "Qəzəb vulkanı" əməliyyatının mətbuat xidmətindən açıqlama verilib.

Açıqlamaya görə, paytaxt Tripolinin cənubunda əl-Hallatat istiqamətində BƏƏ-yə aid zirehli texnika məhv edilib.

Bundan başqa, "Əl-Əhrar" televiziyası Haftar qüvvələrinə aid 2 tank və sursatın da ələ keçirildiyini bildirib.

Mənbə: eastnews.org