Haftarı bitirəcək həmlə: Rusiya qüvvələrini geri çəkdi – Şok gəlişmə

Haftarı bitirəcək həmlə: Rusiya qüvvələrini geri çəkdi – Şok gəlişmə

Liviya hökumət qüvvələri Vətiyyə hərbi hava bazasından sonra Həmzə, Yermux, Surik və Amarat hərbi düşərgələrini də qiyamçı Haftar ordusundan geri alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Liviya hökuməti açıqlama yayıb.

Məlumatda paytaxt Tripolidə keçirilən əməliyyatlar çərçivəsində Səvarix, Haltat, Hamra, Halla və Səlahəddin bölgələrinin azad edildiyi bildirilib. Bundan başqa, hökumət qüvvələri strateji əhəmiyyətli Tərxunə şəhərini geri alımaq üçün hücuma hazırlaşır. Bu məqsədlə, Tərxunə ilə yanaşı, Bəni Validi də boşaltmaq üçün Haftara vaxt verilib.

Başqa bir məlumatda isə Rusiyanın muzdlulardan ibarət “Vaqner” qrupunun bölgədən çıxmağa başladığı iddia edilib.

Liviya hökuməti “Vaqner” legionerlərini daşımaq üçün göndərilən 16 yük təyyarəsinin Bəni Validə endiyini açıqlayıb. Bu, əməliyyatlardan əvvəl Haftar üçün ağır zərbə kimi xarakterizə edilir.

Mənbə: teleqraf.com