ABŞ və Rusiya hərbi təyyarələri Aralıq dənizində üz-üzə gəlib

ABŞ və Rusiya hərbi təyyarələri Aralıq dənizində üz-üzə gəlib

Amerika Birləşmiş Ştatlarının 6-cı Donanmasının verdiyi məlumata görə, iki Rus Su-35 döyüş jeti Aralıq dənizi üzərində Amerikanın P-8A Dəniz Nəzarət və Kəşfiyyatçı təyyarəsi ilə qarşılaşıb.

“İki ay içində artıq üçüncü dəfədir ki, Rus pilotları Amerika 6-cı Donanmasının P-8A Dəniz Nəzarət və Kəşfiyyatçı təyyarəsi ilə kəsişdikləri ərazidə jetlərini qeyri-peşəkar və təhlükəli şəkildə idarə edirlər” – deyə Donanmadan bildirilib.

Qazet.az xəbər verir ki, 6-cı Donanmanın mətbuat xidmətinin verdiyi məlumatda Rus pilotların jetləri Amerika-nın P-8A Dəniz Nəzarət və Kəşfiyyatçı təyyarəsinin qanadlarına çox yaxın məsafədən keçib və amerikalı pilot manevr etməkdə çətinlik çəkib.

İnsident 1 saata yaxın müddətdə davam edib.

Bundan öncə, 15 aprel tarixində Pentaqon Rus Su-35 təyyarəsini Aralıq dənizi üzərində Amerikanın Poseydon P-8A təyyarəsinə qarşı eyni təhlükəli manevrləri etməsi səbəbiylə şikayət etmişdi.

Mənbə: qazet.az