Hizbullah lideri «böyük müharibədən və qarşı tərəfin sonu»ndan danışıb

Hizbullah lideri «böyük müharibədən və qarşı tərəfin sonu»ndan danışıb

Hal-hazırda İsrailin Livana hücumu planını göstərən bir əlamət yoxdur...

“Hal-hazırda İsrailin Livana hücumu planını göstərən bir əlamət yoxdur. Əgər bu baş verərsə onda qarşıdurma bölgə müstəvisində böyük müharibə olacaq. Bu zaman müqavimətin bütün hərəkatları eyni zamanda müxtəlif cəbhələrdə hərəkətə keçəcək. Böyük müharibə baş versə onun nəticəsi İsrailin aradan getməsi olacaq.”

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu Hizbullah lideri Həsən Nəsrullah deyib.

İsrailin Livanın cənubundan çıxarılmasının 20-ci ildönümü ilə bağlı “Nur Radiosu”na müsahibə verən Hizbullah lideri Həsən Nəsrullah sözügedən müharibənin Livanın müstəqilliyinə, suverenliyinə töhfə verməsindən, bölgədə müqavimət hərəkatlarına ruh yüksəkliyi bəxş etməsindən danışıb.

Hizbullah lideri bildirib ki, İsrail yenidən Livana hücumu həyata keçirsə, bu artıq bütün cəbhələrin alovlanacağı, bütün müqavimət hərəkatlarının hərəkətə keçəcəyi region müstəvisində böyük bir müharibənin olacağı dmeəkdir.

Həsən Nəsrullah belə bir müharibənin İsrailin sonu ilə nəticələnəcəyini iddia edib.

Həsən Nəsrullah ABŞ və müttəfiqlərinin İranla müharibəyə daxil olması fikrinin çox zəif ehtimal olduğunu bildirib və bunu göstərən əlamətlərin mövcud olmadığını qeyd edib.

Mənbə: www.interaztv.com