Latviya səfirindən Azərbaycan dilində təbrik

Latviya səfirindən Azərbaycan dilində təbrik

Latviya Respublikasının Bakıdakı səfiri Dainis Qarançs ölkəmizin Milli bayramı - Respublika günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Azvision.az səfirliyin “Facebook” səhifəsinə istinadən xəbər verir ki, video təbrikdə diplomat Azərbaycan dilində öz fikirlərini ifadə edib.

“Əziz azərbaycanlılar, sizi Respublika günü münasibətilə ürəkdən təbrik edirəm. 1918-ci ildə Azərbaycanın vətənpərvər liderləri Şərqin ilk demokratik respublikasını qurdular. Müstəqilliyimizin bərpasından bəri Latviya və Azərbaycan yaxın konstruktiv tərəfdaşdırlar. Lativiya səfirliyi adından sizə cansağlığı, xoşbəxtlik və firavanlıq diləyirəm. Bir daha qalxan bayraq, bir daha enməz! Yaşasın müstəqil və güclü Azərbaycan".

Mənbə: azvision.az