Venesuela rəsmisi xəbərdarlıq etdi

Venesuela rəsmisi xəbərdarlıq etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Venesuelanın BMT-dəki daimi nümayəndəsi Samuel Monkada İran ilə bağlı baş verən son hadisəyə münasibət bildirib.

Samuel Monkada açıqlamasında vurğulayıb ki, ticarət və dənizçilik İran ilə Venesuelanın leqal haqqıdır.

"Bizim ticarətimizin qarşısını almaq cəhdləri beynəlxalq hüquqa ziddir, cinayətdir və dəniz quldurluğudur. Leqal olan bütün yollardan istifadə edəcəyik", - deyə Samuel Monkada diqqətə çatdırıb.

O qeyd edib ki, Venesuela və İran heç bir yanlış iş görməyiblər.

Mənbə: eastnews.org