BMT rəsmisi daha bir xəbərdarlıq etdi

BMT rəsmisi daha bir xəbərdarlıq etdi

Eastnews.org-un verdiyi xəbərə görə, BMT-nin İnsan Haqları Komitəsinin rəsmisi Elizabet Trozel Yəmən böhranı ilə bağlı açıqlama verib.

O, açıqlamasında vurğulayıb ki, baş verən müharibə hal hazırda Yəmən xalqının böyük zərbə almasına səbəb olub.

"Artıq qırılma nöqtəsinə yaxınlaşılır. Yəmən xalqı iqtisadi və humanitar vəziyyətdən çıxa bilməmə vəziyyətinə düşəcək. Tərəflər müharibəni dayandırmaq üçün yetərli olan addımları atmırlar", - deyə Elizabet Trozel diqqətə çatdırıb.

Elizabet Trozel açıqlamasında qeyd edib ki, əldə olunan atəşkəsin pozulması da əslində humanitar vəziyyətin düzəlməməsi ilə nəticələnir.

Mənbə: eastnews.org