Tramp Honkonqa görə Çinə cavab hazırlayır

Tramp Honkonqa görə Çinə cavab hazırlayır

ABŞ bir neçə gün ərzində Çinə Honkonqdakı fəaliyyətlərinə görə görəcəyi tədbirləri açıqlayacaq.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Bəzi şeyləri indi edirik. Məncə siz bunu maraqlı hesab edəcəksiniz, amma bunun haqqında indi yox, bir neçə gün sonra danışacağam”, – deyə o bildirib.

O, görüləcək tədbirlərin çox güclü olacağını deyib.

Qeyd edək ki, bundan öncə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert Obrayen Çinin Honkonqu tutacağı təqdirdə ona qarşı sanksiya tətbiq edəcəklərini açıqlamışdı.

Mənbə: axar.az