Səudiyyə Ərəbistanının yüksək rütbəli kəşfiyyatçısının oğulları ”əsir götürülüb”

Səudiyyə Ərəbistanının yüksək rütbəli kəşfiyyatçısının oğulları ”əsir götürülüb”

Britaniyanın MI6 kəşfiyyat xidmətiylə, o cümlədən, digər Qərb dövlətlərinin kəşfiyyat agentliklərinin Səudiyyə Ərəbistanındakı nümayəndələriylə əlaqələrini təmin edən yüksək rütbəli Səudiyyə rəsmisi Kanadaya qaçdıqdan sonra ona ailəsi ilə hədə-qorxu gəlməyə başlayıblar.

Qazet.az BBC-yə istinadən xəbər verir ki, qərb ölkələrinin keçmiş kəşfiyyat işçilərinin dediyinə görə, məqsəd Saad Əl Cəbriyə “əzab verərək” geri qaytarmaqdır.

Əl Cəbri ölkəni tərk etdikdən 3 ay sonra böyük oğlu Xalid Əl Cəbrinin oğullarının “əsir götürüldüyünü” deyib:

“Martın 16-da səhər saatlarında 50 təhlükəsizlik xidməti işçisi 20 avtomobillə evimizə gedib, Ömər və Sarahı yataqlarından qaldıraraq qaçırıb”, – deyə o qeyd edib.

21 yaşlı Ömər və 20 yaşlı Sarah həmin gündən həbs həyatı yaşayır və heç kimlə görüşmələrinə icazə verilmir. Bu günə qədər onlara qarşı hər hansı ittiham irəli sürülməyib və həbsin səbəbi barədə ailəyə heç bir açıqlama verilməyib.

Qeyd edək ki, bir neçə il əvvəl Əl Cəbri “Əl-Qaidə”nin terror aksiyasının aşkar olunmasına yardım edib.

Üç il sonra vəliəhd şahzadə Məhəmməd ibn Salmanın mövqeləri güclənəndə onunla bağlı təsviyə planı hazırlayıb və ardınca da Kanadaya qaçıb.

Mənbə: qazet.az