“Ordu respublikamızın, onun müstəqilliyinin və təhlükəsizliyinin qarantıdır”

“Ordu respublikamızın, onun müstəqilliyinin və təhlükəsizliyinin qarantıdır”

Cəlil Xəlilov: “Silahlı Qüvvələrimiz respublikamıza yönəlik istənilən təhlükəni önləməyə qadirdir”

Sabah ölkəmizin tarixindəən əlamətdar günlərdən biri - RespublikaGünüdür.

Bu tarixi günlə bağlıModerator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini,polkovnik Cəlil Xəlilov, xalqımızı bu əlamətdar günlə bağlı təbrik edib, həmçinin,respublikamızın müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında ordununroluna diqqət çəkib:

“28 may Respublika Günüilə əlaqədar olaraq öncə Azərbaycan xalqını təbrik edirəm. Respublika Günümilli dövlətçilik tariximiz, müstəqilliyimiz baxımından son dərəcə əhəmiyyətlibir gündür. 28 may Azərbaycan xalqınıntarixi uğurudur. Bu tarixi uğurun qorunmasında, yaşadılmasında, daha da möhkəmlənməsindəən mühüm rolu isə Azərbaycan ordusu oynayır.

Cümhuriyyət dönəmində əsasıSəmədağa Mehmandarov, Əliağa Şıxlınski və digər generallarımız tərəfindənqoyulan Azərbaycan ordusu, XX əsrin 90-cı illərində ulu öndər Heydər Əliyev tərəfindənmüasir dövrün tələbinə uyğun olaraq yenidən formalaşdırılmış, güclü, nizamiorduya çevrilmişdir. Bu gün Azərbaycan ordusu yalnız regionun deyil, bütündünyanın ən güclü orduları sırasındadır. Bu isə Cümhuriyyət dövrününgenerallarının, o dövrün hərbi-siyasi liderlərinin arzusunun reallaşması, onlarınistəklərinin gerçəkliyə çevrilməsi deməkdir.

Ordu respublikamızın,onun müstəqilliyinin və təhlükəsizliyinin qarantıdır. Məhz ordumuzun səyi, onunqüdrəti sayəsində müstəqilliyimizi qorumaq, ölkəmizə qarşı çoxsaylı təribatlarınqarşısını almaq mümkün olub. Ölkə başçısı, Silahlı Qüvvələrimizin ali başkomandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz daim möhkəmlənməkdə,döyüş hazırlığını, zərbə gücünü sürətlə artırmaqdadır. Bu gün Silahlı Qüvvələrimizrespublikamıza yönəlik istənilən təhlükəni önləməyə, istənilən təxribatalayiqli cavab verməyə qadirdir.

Əminəm ki, Azərbaycanordusu yaxın gələcəkdə işğaldakı torpaqlarımızı azad edəcək, bununla da Azərbaycanınsuverenliyini, ərazi bütövlüyünü tam təmin edəcəkdir.

Bir daha xalqımızıRespublika Günü münasibəti ilə təbrik edir, onun keşiyində dayanan Silahlı Qüvvələrimizəmüvəffəqiyyətlər arzulayıram”.

Mənbə: moderator.az