Yerevanın Ramazan təbrikinin hədəfi İranı inkar etmək  idi – Şərh

Yerevanın Ramazan təbrikinin hədəfi İranı inkar etmək  idi  – Şərh

Rəsmi Yerevan bütün tarixi boyu ilk dəfə olaraq Ramazan bayramı münasibətilə təbrik göndərdi.

İlk əvvəl Xarici İşlər Nazirliyi Ramazan bayramı münasibətilə təbrik yaydı. Heç bir dövlətin, o cümlədən İranın adı yox idi. Az keçmiş Baş nazir N.Paşinyan dost ərəb ölkələrini Ramazan bayramı münasibətilə təbrik etdi və konkret olaraq ərəb dövlətlərinin adı çəkilmişdi. Birləşmiş Ərəb Əmirlikləri, Misir Ərəb Respublikası, Suriya Ərəb Respublikasının prezidentləri, Tunis, İraq, Livanın Baş nazirləri və İordaniya Haşimi krallığının kralı, Qətər dövlətinin əmiri.

Burada Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı kimi islam dövlətlərinin adının olmamasının səbəbi bəllidir. Təbrikdə çox dəqiq ünvanlar göstərilsə də İranın adı yoxdur. İran üçün ayrıca təbrik də ünvanlanmadı.

Hal-hazırda İranla ABŞ arasında gedən mübarizədə görünür kənar qüvvələr Paşinyana İranı inkar etməyi tapşırıblar və Ermənistan da tapşırığı bu qaydada yerinə yetirib.

Bu, İranın Ermənistana münasibətinə zərrə qədər təsir etməyəcək. Çünki İranda hal-hazırda hakimiyyət və hakimiyyətə yaxın qüvvələrin böyük əksəriyyəti üçün ən müqəddəs dövlət Ermənistandır. Hətta bəzən Allahın gəlib düşdüyü ərazilərdən biridir.

Ona görə Ermənistan İranın başına nə təhqirli oyun açsa da, İranın baş bilənləri Ermənistanı yenə müqəddəs olaraq qəbul edəcəklər və Ermənistanın maraqlarının reallaşmasına xidmət edəcəklər.

Mübariz Əhmədoğlu,

Politoloq

Mənbə: yenisabah.az