KİV: Suriyanın şimal-şərqində ABŞ və kürd qüvvələrinə hücum edilib, yaralananlar var

KİV: Suriyanın şimal-şərqində ABŞ və kürd qüvvələrinə hücum edilib, yaralananlar var

Suriyanın şimal-şərqində ABŞ qüvvələrinə və kürd bölmələrinə edilən hücum nəticəsində 3 ABŞ əsgəri yaralanıb.

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bu barədə Suriyanın dövlət xəbər agentliyi SANA məlumat yayıb.

Bildirilib ki, Dirazzur və Həsəka əyalətləri arasında ABŞ qüvvələri və “Suriya Demokratik Qüvvələri”nin (kürd bölmələri) post patrul qüvvələrinə hücum edilib.

Hücum nəticəsində 3 ABŞ və 5 kürd döyüşçüsünün yaralandığı iddia edilib.

Məlumata görə yaralananlar əş-Şədadi şəhərindəki xəstəxanalara aparılıblar.

Qeyd edək ki, ötən ayın 27-də bölgədə əl-Vəsiə kəndində ABŞ və kürd qüvvələrinə hücum edilmiş və burada bir ABŞ zabiti ölmüşdü.

Bildirək ki, ABŞ qüvvələri və separatçı kürd bölmələri Fəratın şərqindəki bölgələrin böyük əksəriyyətini xüsusilə də bölgədə olan əl-Ömər neft yataqlarını nəzarətdə saxlayırlar.

Mənbə: www.interaztv.com