İran hərbi güc sıralamasında irəlilədi

İran hərbi güc sıralamasında irəlilədi

Eastnews.org-un verdiyi xəbərə görə, İran Prezidenti Həsən Ruhani ölkəsinin hərbi güc sıralamasında 22-ci yerdən 14-cü yerə yüksəldiyini açıqlayıb.

Bu açıqlama ilə Həsən Ruhani İran Məclisinin (parlamenti) 11-çağırışının açılış mərasimində çıxış edib.

“Hərbi sahəyə gəldikdə, biz dünyada 22-ci mövqedə idik, hazırda 14-cü mövqedəyik. Son illər ölkənin hərbi potensialının müxtəlif sahələrində çox böyük dəyişikliklər baş verdi”, - deyə Həsən Ruhani bildirib.

Mənbə: eastnews.org