"Məmurların borcu xalqa xidmət etməkdir"

"Məmurların borcu xalqa xidmət etməkdir"

"Son illər Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da güclənib. Aparılan islahatlar hər şeydən əvvəl hüququn aliliyinin təmin olunmasıdır".

Bu sözləri Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə icra başçılarının həbsi ilə bağlı "Sherg.az"a danışarkən deyib. O, bildirib ki, həmin məmurların yeganə məqsədi etimadı doğrultmaq olmalı idi:

"Hökumət səviyyəsində atılan addımlar sayəsində hamı xalqa, millətə qarşı çıxmağın hansı nəticələrə səbəb olduğunu gördü. Tutduğu vəzifədən asılı olmayaraq bütün məmurların borcu xalqa xidmət etməkdir. Bu, qısa müddətli proses deyil, Azərbaycan xalqının iradəsidir".

Mənbə: sherg.az