ABŞ G7 sammitinə ev sahibliyi EDƏCƏK

ABŞ G7 sammitinə ev sahibliyi EDƏCƏK

Koronavirus epidemiyasından ən çox təsirlənən ABŞ bu il G7 Sammitinə ev sahibliyi etməyə hazırlaşır.

Sonxeber.az xəbər verir ki, Ağ Evin sözçüsü Kayli Makenani, daha əvvəl planlaşdırılan üz-üzə keçiriləcək konfransın ləğv edilərək, video konfrans vasitəsilə keçirilməsi düşünülən G7 Sammitinin bu il Ağ Evdə keçiriləcəyini açıqlayıb.

Ağ Evin sözçüsü "Biz dünya liderlərini, eləcə də Ağ Evdəki insanları qoruyacağıq" deyib.

G7 Sammitinin epidemiya səbəbiylə dayandırılmış fəaliyyətinin yenidən başlaması "ən yaxşı nümunə" olaraq göstərilə biləcəyini ifadə edən Makenani "Prezident Ağ Evdə yenidən başlanması üzrə olan G7 Sammitindən daha yaxşı bir nümunə düşünmür" deyib. Ağ Evin sözçüsü sammitdə iştirak edəcək liderlərin qorunacağını vurğulayıb. Bunun baş tutmasını istəyirik. Düşünürük ki, bu baş verəcək. İndiyə qədər xarici liderlər də bu fikirdə iştirak edib".

Mənbə: sonxeber.az