İcra başçısı və deputat İsmayıllı sakinlərinə müraciət etdi - MƏTN

İcra başçısı və deputat İsmayıllı sakinlərinə müraciət etdi - MƏTN

İsmayıllı Rayonİcra Hakimiyyətinin başçısı Nahid Bağırov və Azərbaycan Respublikası MilliMəclisinin deputatı Novruz Aslan koronavirus pandemiyasına qarşı mübarizədədaha məsuliyyətli olmaq məqsədi ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin Facebookdakı rəsmi səhifəindən İsmayıllı ictimaiyyətinə müraciət ediblər.

Sfera.az İcrabaşçısı və millət vəkilinin "Sağlamlığımızı məsuliyyətimizlə qoruyaq!” başlıqlımüraciətini təqdim edir:

"Əzizismayıllılar, xanımlar və cənablar!

Son günlərölkəmizdə, eləcə də İsmayıllıda COVID-19 virusuna yoluxma hallarının artmasımüşahidə olunur. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı iləxüsusi karantin rejiminin yumşaldılması ictimaiyyət üzərində fərdi məsuliyyətibir qədər də artırmış olur. Bir çox sahədə fəaliyyətin bərpa olunması vəməhdudiyyətlərin azaldılması pandemiya təhlükəsinin aradan qaldırılmasıanlamına gəlməməlidir. Unutmayaq ki, hazırda karantin rejiminin zərurətdənirəli gələn yumşaldılmış mühitindəyik və bu, sosial məsuliyyət qaydalarınafərdi yanaşmaların bir qədər də təkmilləşdirilməsini zəruri edir.

Ölkərəhbərliyinin koronavirusa qarşı mübarizə tədbirlərinə məsuliyyətləyanaşılması, o cümlədən sosial izolyasiya şərtlərinə əməl olunması vəprofilaktik təlimatların diqqətlə izlənilməsi daha vacib hala gəlib.

Odur ki, hərbirinizi bu çətin sınaq günlərində daha məsuliyyətli olmağa vədövlətçiliyimizin ətrafında daha sıx birləşməyə çağırırıq! Zərurət olmadıqdaevlərinizi tərk etməmək, əhalinin sıx toplaşdığı yerlərdə maska, əlcək, spirtvə digər gigiyenik vasitələrdən istifadə etmək, Operativ Qərargahın, DünyaSəhiyyə Təşkilatının tələb və qaydalarına daha diqqətlə əməl etmək tövsiyəolunur.

Mənbə: sfera.az