Çerkası şəhərinin meri prezident Zelenskini məhkəməyə verdi

Çerkası şəhərinin meri prezident Zelenskini məhkəməyə verdi

Ukraynanın Çerkası şəhərinin meri Anatoli Bondarenko vəkili Denis Tsıpinin vasitəsilə ilə Ukrayna Prezidenti Vladimir Zelenskini məhkəməyə verib. Dövlət başçısı meri “quldur” adlandırıb.

KONKRET.az xəbər verir ki, vəkil bu barədə videomüraciətində bildirib. Tsıpin prezidentin bu ölkədə heç kimi “quldur” çağırmağa haqqı olmadığını söyləyib.

“Mən, Çerkası merinin vəkili Denis Tsıpin şəhər merinin şərəf və ləyaqətini, işgüzar nüfuzunu qorumaq üçün Kiyevin Peçerski rayon məhkəməsində iddia qaldırıram” deyib.

Xatırladaq ki, bundan əvvəl prezident Vladimir Zelenski Çerkası şəhərinin meri Andrey Bondarenkonu tənqid etmiş və onu populizmdə ittiham etmişdi.

Prezidentin dediyinə görə, Çerkası rəhbərinin təxminən iki yüz cinayət işi var.

Mənbə: konkret.az