İsrail Livanın quru və hava məkanını pozub

İsrail Livanın quru və hava məkanını pozub

Livanın cənubunun İsraildən azad edilməsinin 20-ci ildönümündə İsrail ordusu şimal qonşunun hava və quru məkanını pozub.

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bu barədə Livan mətbuatı məlumat yayıb.

Ən-Nəşra xəbər agentliyi bildirib ki, bu gün sübh İsrail Ordusunun onlarla əsgəri Livanın cənubunda İytrun kəndi ərazisində sərhədi keçərək ərazidə axtarışlar aparıb bir müddət sonra geri dönüblər.

Eləcə də İsrailin hərbi təyyarələri bu gün sübh Beyrutda və Qərbi əl-Biqa bölgəsinin səmasında alçaq hündürlükdən uçuşlar həyata keçiriblər.

Qeyd edək ki, İsrail Livanın hava məkanını tez tez pozur. Hizbullahın əməliyyatlarından sonra İsrail Ordusu 2000-ci ilin mayında Livanın cənub bölgələrindən geri çəkilib. Hazırda Livanın Məzare-Şəba bölgəsi İsrailin işğalında qalmaqdadır.

Mənbə: www.interaztv.com