Ermənistan borc bataqlığında: Daha bir kredit alınır

Ermənistan borc bataqlığında: Daha bir kredit alınır

Ermənistan hökuməti ölkədə yaranan epidemioloji situasiyaya görə yeni kredit almalı olacaq.

Axar.az xəbər verir ki, bu məlumatı “Past” qəzeti yayıb.

“Paşinyan müxalifətdə olan zaman kredit vəsaitlərinin cəlbi prosesini tənqid etsə də, indi özü buna normal baxır. Bizim məlumatımıza əsasən, hakimiyyət bir müddət əvvəl elan edilən kreditlərlə bərabər, daha bir kredit almaq istəyir. Bu kreditin müəyyən sektorların canlanmasına yönləndirilməsi nəzərdə tutulub. Mənbə hökumətin Asiya Bankından götürməyə çalışdığı kreditin həcminin 200 milyon dollar olduğunu bildirib”, – deyə qəzetin yazısında qeyd edilib.

Mənbə: axar.az