ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılmasını tezləşdirir

ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılmasını tezləşdirir

ABŞ Əfqanıstandakı hərbi qüvvələrini 8600 nəfərədək ixtisar etməyi iyul ayının ortalarında yox, iyunun əvvəlinədək başa çatdırmaq niyyətindədir.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, Kabildəki ABŞ və NATO mənbələrinin verdiyi məlumata bu tezləşdirmə koronavirus pandemiyası ilə bağlıdır.

Xatırladaq ki, fevral ayının 29-da ABŞ hökuməti ilə “Taliban” hərəkatı nümayəndələri arasında Dohada imzalanmış sülh sazkişinə görə ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələri 4,5 ay ərzində 12-13 mindən 8600 nəfərədək, daha sonra isə konkret vəziyyətə görə 2021-ci ilin may ayınadək sıfıradək ixtisar olunmalıdır.

Əfqanıstanda olan ABŞ hərbçilərinin artıq 8600-ə yaxın olduğu bildirilir. İl nöbvədə yardımçı heyətin, habelə koronavirusla bağlı risq qrupundan olanlar vətənə göndərilir.

Ötən gün prezident Donal Tramp Əfqanıstandakı hərbçiləri “məntiqi müddət ərzində” vətənə qaytaracağını bildirmişdi.

Mənbə: report.az