Türkiyənin pandemiyadan sonraki dövrə keçidlə bağlı plan açılanıb

Türkiyənin pandemiyadan sonraki dövrə keçidlə bağlı plan açılanıb

Türkiyənin yeni növ koronavirus pandemiyasından sonrakı dövrə keçid planı bəlli olub.

AZƏRTAC xəbər verir ki, COVİD-19-la uğurlu mübarizə aparan Türkiyədə sosial məsafə qaydalarına uyğun qadağaların yumşaldılması və ümumiyyətlə normallaşma mərhələli şəkildə həyata keçirilir. Artıq ölkə pandemiyadan sonrakı dövrə addım atır.

Plana əsasən, mayın 28-dən etibarən Türkiyənin dəmir yolu və sürətli qatar sistemi fəaliyyətini bərpa edir. Hava nəqliyyatında isə iyunun dördündən etibarən daxili, 10-dan isə xarici reyslərin həyata keçirilməsi gözlənilir.

Mayın 29-da məscidlər ibadətə açılır. Mayın 31-dən hərbi qulluqçuların orduya çağırılması, iyunun 5-dən isə təxris olunması işlərinə başlanacaq.

Ölkənin təlim-tədris sistemi isə iyun ayından etibarən fəaliyyətini bərpa edəcək. Əhali arasında çox gözlənilən toy və bunun kimi digər şənliklərin keçirilməsinə isə iyulun 10-dan sonra icazə veriləcəyi gözlənilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Mənbə: azertag.az