Ticarət müharibəsi olduğu yerdən davam edir: ABŞ-dan Çin rəsmilərinə - SANKSİYALAR

Ticarət müharibəsi olduğu yerdən davam edir: ABŞ-dan Çin rəsmilərinə - SANKSİYALAR

ABŞ-ın Çin milli təhlükəsizlik qanununun Hong Kong vətəndaşlarını hüquq və azadlıqlarına təhlükə yaratdığını əsas gətirilərək Çin rəsmilərinə sanksiyası tətbiq edilməsi üzərində çalışdığı bildirilir.

FED.az xəbər verir ki, ABŞ Çinin Hong Kongdakı hərbi tədbirləri əhatə edən milli təhlükəsizlik qanununa qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

ABŞ Xəzinədarlıq Departamenti, Hong Kong vətəndaşlarının hüquq və azadlıqlarının məhdudlaşdırılacağını bildirən milli təhlükəsizlik qanununa görə, Çin hakimiyyəti və iş adamlarına nəzarət və aktivlərini dondurmaq üçün sanksiyalar tətbiq edə bilər.

Sözügedən məsələ ilə bağlı danışan mənbələr bildirir ki, üzərində düşünülən digər tədbirlərdən biri də Çin Kommunist Partiyası səlahiyyətliləri üçün viza məhdudiyyətidir. Mənbənin sözlərinə görə, qurumlararası danışıqlar davam edir və sanksiyaların tətbiq edilməməsi ilə bağlı son qərar yoxdur.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp, Ağ Evdə mümkün sanksiyalarla bağlı sualı cavablandıraraq, administrasiyasının hazırda bu məsələ üzərində çalışdığını və həftənin sonuna qədər bir açıqlama veriləcəyini demişdi.

Mənbə: fed.az