Ermənistanı qorxuya salan gəlişmə - Rekord həddə çatdı

Ermənistanı qorxuya salan gəlişmə - Rekord həddə çatdı

Son bir gündə Ermənistanda koronavirus infeksiyasının təsdiqlənmiş hallarının sayı 372 nəfər artaraq 7774-ə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xəstəliklərə Nəzarət və Qarşısının alınması üzrə Milli Mərkəzi məlumat yayıb.

Məlumatda son bir sutka ərzində bu səbəbdən 7 nəfərin həyatını itirdiyi bildirilib. Beləliklə, Ermənistanda koronavirusdan ölənlərin sayı 98-ə çatıb.

Bu, pandemiya dönəmində bir sutka ərzində həm ölüm, həm də yoluxma sayına görə qeydə alınmış ən yüksək göstərici sayılır.

Mənbə: teleqraf.com