Ermənistan Rusiya və Türkiyəni də keçdi

Ermənistan Rusiya və Türkiyəni də keçdi

Əhalinin hər milyon nəfərinə düşən koronavirus xəstəsi sayına görə Ermənistan regionda liderdir.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində “Razminfo” saytının koordinatoru Karen Vrtanesyan paylaşıb.

“Dünən 372 yoluxma qeydə alınıb, 35 nəfər sağalıb. Yəni aktiv xəstələrin sayı 337 nəfər artıb. Əhalinin hər milyon nəfərinə düşən koronavirus xəstəsi sayına görə Ermənistan Rusiya, Türkiyə, İran, Azərbaycan və Gürcüstanı qabaqlayıb. Ermənistanda hər milyon nəfərə 2498, Rusiyada 2483, Türkiyədə 1884, İranda 1663, Azərbaycanda 435, Gürcüstanda 183 nəfər düşür”, – deyə o bildirib.

Mənbə: axar.az