Xaçmazda aztəminatlı ailələr və tənha vətəndaşlara bayram sovqatı çatdırılıb

Xaçmazda aztəminatlı ailələr və tənha vətəndaşlara bayram sovqatı çatdırılıb

Müqəddəs Ramazan bayramı münasibətilə Xaçmaz rayonunda yaşayan aztəminatlı ailələr və tənha yaşayan ahıl vətəndaşlar ziyarət edilib, onlara bayram sovqatı çatdırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xeyirxah kampaniya Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin təşəbbüsü ilə könüllülər tərəfindən həyata keçirilib.

AKƏM Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışlarına cavab olaraq könüllü təşkilatları və hərəkatları tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə dövlətimizin həyata keçirdiyi tədbirlərə dəstək olmaq məqsədilə yaradılıb. Bu günə kimi könüllülər paytaxt və regionlarda minlərlə tənha ahılın, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin, Böyük Vətən müharibəsi iştirakçılarının evlərinə baş çəkib, onlara müxtəlif ərzaq və gündəlik tələbat məhsullarından ibarət bağlamaların çatdırılmasında kömək göstəriblər.

Mənbə: azertag.az