17 həmyerlimiz Gürcüstandan Azərbaycana gətirildi - RƏSMİ

17 həmyerlimiz Gürcüstandan Azərbaycana gətirildi - RƏSMİ

Bu gün Hindistandan 17 nəfər Azərbaycan vətəndaşı aviareyslə Gürcüstanın paytaxtı Tbilisi şəhərinə gətirilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva bildirib.

XİN rəsmisi vurğulayıb ki, Hindistandan gələn 17 nəfərlə bərabər, Gürcüstanda olan digər 13 nəfər Azərbaycan vətəndaşı Gürcüstan-Azərbaycan sərhədindən keçməklə ölkəyə gətiriliblər.

Mənbə: apa.az