“Komsomolskaya pravda” qəzetində 28 May – Respublika Günü münasibətilə məqalə dərc olunub

“Komsomolskaya pravda” qəzetində 28 May – Respublika Günü münasibətilə məqalə dərc olunub

Moskva, 27 may, AZƏRTAC

Geniş rusdilli oxucu auditoriyası olan “Komsomolskaya pravda” qəzetinin 26 may tarixli nömrəsində 28 May – Respublika Günü ilə bağlı Azərbaycanın Rusiyanın Yekaterinburq şəhərindəki Baş konsulluğu tərəfindən hazırlanmış məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, dövlətçiliyimizin inkişafında yeri və rolu barədə ətraflı məlumat verilir. Yazıda qeyd olunur ki, Azərbaycan Böyük Vətən müharibəsi illərində faşizm üzərində qələbənin əldə edilməsinə əhəmiyyətli töhfələr verib, 600 mindən çox vətəndaşımız cəbhəyə gedərək şərəfli döyüş yolu keçib.

Məqalədə Azərbaycan müstəqillik əldə etdikdən, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizin qazandığı nailiyyətlərdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə keçilən böyük inkişaf yolundan bəhs edilir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Mənbə: azertag.az