Rusiya Xəzərdə hərbi parad keçirəcək

Rusiya Xəzərdə hərbi parad keçirəcək

Rusiya Cənub Hərbi Dairəsinin hərbi bölmələri və birləşmələrinin şəxsi heyəti Qələbə gününün 75 illiyi şərəfinə hərbi parad hazırlığına başlayıb.

Axar.az xəbər verir ki, bu məlumatı Rusiya Cənub Hərbi Dairəsinin Mətbuat Xidməti yayıb. Məlumata görə, hazırlıq Cənub Hərbi Dairəsinin 10 şəhərində, o cümlədən ilk dəfə olaraq Kaspiysk şəhərində keçiriləcək.

Qeyd edək ki, Kaspiysk şəhərində Xəzər donanmasının mərkəzi qərargahı yerləşir.

Mənbə: axar.az