Deputat İltizam Yusifov vətəndaşlarla görüş keçirib

Deputat İltizam Yusifov vətəndaşlarla görüş keçirib

Bu gün Milli Məclisin Deputatı Yusifov İltizam Balayusif oğlu Şirvan şəhəri vətəndaşları ilə növbəti qəbul keçirib.

Vətəndaşlar Sağlam Gənclərlə Sağlam Sabah İctimai Təşkilatın yaradılması, işsiz vətəndaşların işlə təmin edilməsi, maddi imkansızlıq, Şirvan şəhər Çernobıl Əlilləri Cəmiyyəti İctimai Birliyin sədri Məlikov Tofiq tərəfindən qanunvericilikdə Çernobıl Əlillərinin təminatı ilə bağlı təklif, o cümlədən onları qayğılandıran başqa problemlərlə bağlı Deputata müraciət ediblər.

Millət vəkili İltizam Yusifov vətəndaşların müraciəti, şikayət və təkliflərini dinləyərək, öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini qeyd edib. Qəbulda vətəndaşların müraciətlərinin bir hissəsi araşdırılması üçün nəzarətə götürülüb, digər hissəsinin həlli üçün isə müvafiq hüquqi yardımların göstəriləcəyini qeyd edib.

 

Mənbə: avropa.info