Avrpoa İttifaqı pandemiyaya baxmayaraq Suriyaya qarşı sanksiyaları uzadır

Avrpoa İttifaqı pandemiyaya baxmayaraq Suriyaya qarşı sanksiyaları uzadır

Eastnews.org-un verdiyi xəbərə görə, Avropa İttifaqı, Suriya Ərəb Respublikasında koronavirus epidemiyasına baxmayaraq tezliklə Suriyaya qarşı sanksiyaları uzadacaq.

Bu barədə bu gün Aİ-nin yüksək səviyyəli nümayəndəsi Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.

 

“Sanksiyaların uzadılması mövcud zorakılıq, humanitar vəziyyətin gərginləşməsi, kimyəvi silah istifadəsinin tamamilə yolverilməz olduğuna güclü bir siqnal göndərəcəkdir”, - deyə Aİ rəsmisi bildirib. O, bir daha Suriya münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində siyasi yolla həllinə çağırıb.

 

Aİ xarici siyasət idarəsinin başqa bir nümayəndəsi yaxın gələcəkdə məhdudlaşdırıcı tədbirlərin tətbiq olunacağını vurğulayıb.

 

Xatırladaq ki, Suriyanın səhiyyə naziri Nizar Yazici daha əvvəl, 73-cü Ümumdünya Səhiyyə Assambleyasında ölkədəki koronavirusla mübarizədən danışarkən "ABŞ və Avropa Birliyinin Dəməşqə qarşı tətbiq etdiyi qəddar və ədalətsiz sanksiyalar mane olur”,- deyib.

Mənbə: TASS

Mənbə: eastnews.org