Müxalifət lideri ölkədə söz azadlığının qalmadığını qeyd etdi

Müxalifət lideri ölkədə söz azadlığının qalmadığını qeyd etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyənin ana müxalifət partiyası olan CHP-nin sədri Kamal Kılıçdaroğlu ötən gün Fox Tv-də çıxışı zamanı hökuməti sərt tənqid edib.

Kamal Kılıçdaroğlu açıqlamasında bildirib ki, bu gün Türkiyə hökuməti ölkədə öz fikrini demək istəyən hər kəsi həbs etməyə çalışır.

"Kim onlara səhv edirsiniz deyirsə nəticədə ya cinayət işi açılır, ya da təqiblərə məruz qalır. Türkiyə artıq demokratiyanı müdafiə edən dövlət halından çıxmağa başlayıb. Hüququn üstünlüyü ayaqlar altına atılır", - deyə Kamal Kılıçdaroğlu diqqətə çatdırıb.

O, qeyd edib ki, müxalifət hökumətin səhv addımlarına görə məsuliyyət daşıdığını həmişə bəyan edir.

Mənbə: Türk mediası

Mənbə: eastnews.org