Modi hökuməti nasistlərin siyasətini yürüdür - İmran Xan

Modi hökuməti nasistlərin siyasətini yürüdür - İmran Xan

Hindistanda millətçi Modi hökumətinin apardığı siyasət nasistlərin “Lebensraum” siyasətinə bənzəyir.

Axar.az xəbər verir ki, bunu Pakistanın Baş naziri İmran Xan Tvitter hesabında deyib.

O bildirib ki, Hindistan bu siyasətlə qonşuları üçün təhlükə yaradır:

“Banqladeş, Çin, Nepal və Pakistan Hindistanın yalan ittihamları ilə üzləşirlər. Faşist Modi hökuməti təkcə ikinci sinif vətəndaş vəziyyətinə gətirdiyi ölkə azlıqları üçün deyil, eyni zamanda regional sülh üçün təhdiddir”.

Mənbə: axar.az