Rusiyanın yalanı üzə çıxdı...

Rusiyanın yalanı üzə çıxdı...

ABŞ-ın Afrikadakı silahlı qüvvələrinin komandanlığı (AFRIKOM) Rusiyanın Liviyada müharibə aparan marşal Həftarın ordusuna dəstək verdiyini bəyan edib.

Moderator.az-ın məlumatına görə, ABŞ ordusunun Afrikada komandanı Stiven Taunsend deyib ki, Rusiyaya məxsus hərbi aviyasiya və xeyli canlı qüvvə Həftarın nəzarəti altındakı bölgəyə yollanıb.

Amerikalı komandanın sözlərinə görə, Rusiyanın Su-35 və Miq-29 qırıcı təyyarələri öncə Suriyaya enib. Sonra tanınmasın deyə qırıcıları rəngləyiblər. Daha sonra Rusiya qırıcıları Həftar tərəfdə vuruşan "Vagner" qrupunun əsgərlərinə qoşulmaq üçün Liviya ərazisinə uçub. ABŞ mənbələri 1400-dən artıq Rusiya hərbçisinin marşal Həftarla eyni cəbhədə savaşdığını xəbər verir.

Komandan Stiven Taunsend bütün bunları söyləyəndən sonra bəyan edib ki, Rusiya yenə yalan danışır, Həftara kömək etdiyini danır. Ancaq amerikalı komandan bildirib ki, daha bu faktı dana bilməyəcəklər, çünki onlarda çoxlu fotolar var.

 

Mənbə: moderator.az