II Yelizaveta Consona sarayda idman etməyə icazə verdi

II Yelizaveta Consona sarayda idman etməyə icazə verdi

Böyük Britaniya Kraliçası II Yelizaveta ölkənin Baş naziri Boris Consona Bukingem Sarayının ərazisində idman etməyə icazə verdi. Əlahəzrət siyasətçinin səhhətindən narahatdır.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “The Telegraph” nəşri yazır.

II Yelizaveta əvvəllər də saray kompleksində idman etməyə icazə vermişdi.

İndi Conson sarayın tennis kortundan istifadə edə bilər. Baş nazir uzun illərdir tennislə məşğul olur.

Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri koronavirus infeksiyasına yoluxub. Bu, martın 27-də məlum olub. Boris Conson xəstəxanaya yerləşdirilib və hətta üç gün reanimasiyada yatıb.

Daha əvvəl xəbər verildiyi kimi, Boris Conson koronavirus səbəbindən pis gördüyünü söyləyib.

Xatırladaq ki, Boris Conson həyatının həkimlərə borclu olduğunu deyib.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az