Paşinyan: "Ermənistan koronavirusun ikinci dalğası ilə qarşılaşıb"

Paşinyan: "Ermənistan koronavirusun ikinci dalğası ilə qarşılaşıb"

Paşinyan qeyd edib ki, bu gün qeydə alınan rəqəmlər insanların koronavirusla yaşamağı öyrənmədiyini göstərir: "Lakin ən azı virus bir il qalacaq, buna öyrəşmək lazımdır"

BAKI, 27 may — Sputnik. Ermənistan koronavirusun ikinci dalğası ilə üzləşib. xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

"Koronavirusla bağlı ölkədə gərgin vəziyyətlə üzləşmişik. Faktiki olaraq, biz virusun ikinci dalğası ilə qarşılaşmışıq", - deyə Paşinyan qeyd edib.

O vurğulayıb ki, ölkə hökuməti virusun yayılmasının sıfıra endirilməsi yollarını bilir: "Komendantlıq təhlükəsizlik qaydalarını müəyyənləşdirib və effektiv mübarizə üçün bu sadə qaydalara riayət etmək lazımdır: maska taxmaq, müntəzəm olaraq dezinfeksiya həyata keçirmək və sosial məsafəni saxlamaq".

Paşinyan qeyd edib ki, bu gün qeydə alınan rəqəmlər insanların koronavirusla yaşamağı öyrənmədiyini göstərir: "Lakin ən azı virus bir il qalacaq, buna öyrəşmək lazımdır".

Qeyd edək ki, Ermənistanda koronavirusa yoluxanların sayı 7774-ə çatıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 372 nəfər artıb.

Ermənistanda son gündə daha 7 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 98-ə çatıb. Xəstəlikdən sağalanların sayı 3255-ə çatıb. Hazırda Ermənistanda 4377 nəfər virusdan müalicə alır.

Mənbə: sputnik.az