Putin COVID-19 ilə mübarizədə Moskva şəhərinin rəhbərliyini təriflədi

Putin COVID-19 ilə mübarizədə Moskva şəhərinin rəhbərliyini təriflədi

Rusiya lideri Vladimir Putin Moskvanın koronavirusla mübarizədə çox məsuliyyətli və tarazlı bir iş apardığını söylədi.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, şəhər rəhbərliyi qabaqlayıcı tədbirlər görməklə fəal çalışıb.

“Sizin və bütün kollektivinizin işini hamı görürdü, burada kiçik uğursuzluqlar qaçılmaz idi, amma ümumilikdə vaxt itirmədiniz, məsuliyyətli iş gördünüz, hər addım düşünülmüşdü.”. RİA Novosti agentliyi Putinin sözlərindən sitat gətirir.

Bundan əvvəl Putin dərman ehtiyatının bir hissəsini Moskvadan digər bölgələrə göndərməyi tapşırmışdı. Bu tədbir, Rusiya Federasiyasının subyektlərinə koronavirusla mübarizədə kömək etmək üçün hazırlanmışdır. Rusiya lideri, həmçinin Moskva həkimlərindən ibarət qrupların koronavirusla bağlı vəziyyətin ən çətin olduğu bölgələrə göndərilməsini tapşırıb.

Daha əvvəl Moskva şəhərinin meri Sobyanin mayın 27 və 28-də koronavirusla mübarizə üçün bölgələrə dərman və tibbi qruplar göndərəcəyini vəd etmişdi. Xüsusilə, kömək Pskov və Vladimir bölgələrinə göndəriləcək.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az