"Ramil Səfərovun əfvi terrorçu Varujan Qarabedyanın əfv edilməsinə cavab idi..."

"Ramil Səfərovun əfvi terrorçu Varujan Qarabedyanın əfv edilməsinə cavab idi..."

Ramil Səfərovun əfvi və ona vəzife verilməsi Fransanın Orli hava limanında Türk Hava yolları təyyarəsinə qarşı terror aktı törətmiş Varujan Qarabedyanın Fransa prezidenti tərəfindən əfvinə, daha sonra Ermənistanda qəhrəmanlaşdırılmasına və mükafatlandırılmasına cavab idi.

Varujan Qarabedyan ASALA terror təşkilatının Fransa bölməsinin rəhberi olub. 15 iyul 1983-cü ildə içində partlayıcı maddə olan çantanı Parisin Orli hava limanında Türk Hava yolları təyyarrəsinə yərləşdirib havada partlatmağı planlaşdırmışdı. Ancaq təyyarənin gecikməsi səbəbindən partlayıcı maddə hava limanında partladı. Terror aktı nəticəsində 8 nəfər (2 türk, 1 amerikalı, 1 isveçli, 4 fransız) öldü, 55 nəfər yaralandı. Qarabedyanın cinayəti sübuta yetirilərək ömürlük həbsə məhkum edildi. Ancaq Qarabağ müharibəsindən sonra terrorçu Qarabedyanın əfv edilməsi üçün Ermənistanda 1 milyon imza toplanıldı. Hətta dövlət başçısı səviyyəsində Fransa hökümətinə çağırış edildi. Nəhayət 2001-ci ildə Fransa prezidenti terrorçu Qarabedyanı əfv elədi. Qarabdeyan həbsxanadan birbaşa Ermənistana ekstradisiya edildi. Terrorçu Qarabedyan Ermənistanda qəhrəman kimi qarşılandı. Ermənistan Baş naziri Andranik Markaryan terrorçu ilə görüşündə onun azadlığa çıxmasından sevinc duyduğunu ifadə elədi. Yerevanın meri terrorçuya ev hədiyyə elədi və iş verdi. Avropa İnsan Haqları məhkəməsi görəsən Avropanın göbəyində qanlı terror aktı törətmiş və çoxsaylı insan tələfatına səbəb olmuş bu terrorçunun əfvinə və mükafatlandırılmasına görə Fransa və Ermenistan hökumətlərini niyə cərimələməyib? Ramil Seferov terror aktı törətməmişdi, təhrik edilərək cinayət törətmişdi. Bu əməlinə görə mehkum edildi, uzun müddət həbsdə qaldı. Ancaq Azərbaycana ekstradisiyasından sonra baş verənlər Ermənistanın yaratdığı anti-humanist presedentə cavab idi. Əlqərəz, presedenti Azərbaycan tərəfi yaratmayıb.

Fazil Qasımov,

İstanbul Universitetinin doktorantı

Mənbə: moderator.az