Qənirə Paşayeva: "Qəhrəman şəhidlərimiz və onların ailələri heç vaxt unudulmayacaq!" - FOTO

Qənirə Paşayeva: "Qəhrəman şəhidlərimiz və onların ailələri heç vaxt unudulmayacaq!" - FOTO

“Dövlətimiz və xalqımız hər zaman yanınızdadır. Qəhrəman şəhidlərimiz və onların ailələri heç zaman unudulmayacaq” deyib. Əziz şəhidlərimiz nur içində yatsın!".

Buta.ws xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva öz sosial şəbəkə hesabında paylaşım edib.

"Millət vəkili, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva işğalçı Ermənistanla ön cəbhədə yerləşən Tovuz rayonunun Ağdam kəndində yaşayan dəyərli şəhid qardaşımız, Milli Qəhrəmanımız Naiq Yusifovun atası, gözəl ağsaqqal Nəsir dayını, onun əziz ailəsini Ramazan bayramı, Cümhuriyyət Günü münasibətilə təbrik edib, ona və əziz ailəsinə bütün dualarına çatmalarını diləyib. Millət vəkili Qənirə Paşayevanın köməkçisi İlqar Kərimov Qənirə xanımın adından bayram hədiyyələrini Milli Qəhrəmanımızın ailəsinə təqdim edib, Qənirə xanımı online olaraq Nəsir dayı və ailə üzvləri ilə danışdırıb. Qənirə xanım bu gözəl ailəyə böyük sevgi, sayğısını bir daha vurğulamaqla yanaşı “Dövlətimiz və xalqımız hər zaman yanınızdadır. Qəhrəman şəhidlərimiz və onların ailələri heç zaman unudulmayacaq” deyib. Əziz şəhidlərimiz nur içində yatsın!", - millət vəkili Qənirə Paşayeva.

İlkin Həsənov

Mənbə: buta.ws