Sorosçu və homoseksual erməni  Azərbaycan torpağında yenə yüksək post tutacaq?..

Sorosçu və homoseksual erməni  Azərbaycan torpağında yenə yüksək post tutacaq?..

Digər yüksək bir vəzifəyə isə atası azərbaycanlı olan bir generalın gələcəyi gözlənilir…

Xəbər verildiyi kimi, mayın 21-də 29-cu ildir işğal altında qalan Şuşa şəhərimizdə təntənəli andiçmə mərasimi keçirmiş separatçı-terrorçu rejimin yeni rəhbəri Araik Arutyunyan artıq Xankəndidə yeni “hökuməti” formalaşdırmağa başlayıb.

Moderator.az xəbər verir ki, Rusiyadakı erməni nəşrlərinin yaydığı məlumata görə, bir sıra “nazir”lər artıq müəyyən edilsələr də, əsas postlardan ikisi hələki boş qalıb. Bu, “xarici işlər” və “təhlükəsizlik xidməti” rəhbərlikləridir…

Ermənistandakı bəzi mənbələr iyunun 1-dən Qarabağın “baş diplomatı” vəzifəsində yenə də sorosçular və homoseksual dairələrlə sıx bağlantısı olduğu deyilən, ATƏT-in fəaliyyətdə olan sədrinin yenilməz xüsusi nümayəndəsi Anjey Kaspişiklə də mütəmadi, arın-arxayın(!) görüşlər keçirən Masis Mailyanın qalacağını bildirir. Həmin informasiyalara görə, artıq N.Paşinyan tərəfindən Şuşadakı andiçmə mərasimindən öncə bu haqda A.Arutyunyana ultimatum verilib.

Qeyd edək ki, M.Mailyan eyni zamanda işğalçı ölkənin Xarici İşlər naziri Zohrab Mnatsakanyanın da sevimlisidir…

Beləliklə, Qarabağda A.Arutyunyan-Samvel Babayan(keçm. “müdafiə naziri”) və Paşinyan- Mailyan birlikləri arasında hələlik gizli qarşıdurma gedir…

Separatçı erməni rejiminin “təhlükəsizlik xidməti”nin rəhbərliyinə isə atası azərbaycanlı olan bir generalın gələcəyi gözlənilir.

Bu haqda geniş növbəti xəbərlərdə…

Sultan Laçın

Mənbə: moderator.az