Prezident: İran hakimiyyəti koronavirusun yeni dalğasına hazırlaşır

Prezident: İran hakimiyyəti koronavirusun yeni dalğasına hazırlaşır

İran hakimiyyəti ölkədə koronavirus infeksiyasınıan yeni dalğasına hazırlaşır.

“Ölkə.Az” xəbər verir ki,belə bir bəyanatla İran prezidenti Həsən Ruhani parlamentin 11-ci çağırşının açılışı zamanı çıxışında deyib.

İran prezidenti bildirib ki, koronavirusun yeni ikinci dalğası payızda başlaya bilər.

“Biz bütün imkanlardan istifadə edərək gözlənilən yeni dalğaya qarşı hazırlağa başlamışıq”- Ruhani bildirib.

O əlavə edib ki, İran hökuməti koronavirus infeksiyasının ayılmasının alınması və ona nəzarət etməyə yaxındır.

Prezidentin sözlərinə görə, artıq pik hədd keçib, lakin pandmeiyanın bitməsi hələ uzun zaman alan məsələdir.

Bununla belə Ruhanı əlavə edib ki, COVİD-q9-un yayılması ilin sonunadək bitməsi gözlənilmir, ona görə də hazırlaşmaq lazımdır.
Hazırda İranda 140 minə yaxın insan koronavirusa yoluxub və onlardan 7500 nəfəri dünyasını dəyişib.

Mürtəza
Ölkə.Az

Mənbə: olke.az