“Azərbaycanda rusdilli məktəblərin sayının artırılması və sair amillər, bunların hamısı müstəqilliyimizə təhlükə yaradır”

“Azərbaycanda rusdilli məktəblərin sayının artırılması və sair amillər, bunların hamısı müstəqilliyimizə təhlükə yaradır”

“O dövrdə də indi də qonşularımız təhlükə olaraqqalırlar. Rusiya da təhlükə olaraq qalır və çox ciddi şəkildə Azərbaycanındaxilində Rusiyaya sevgini və heyranlğı artırmağa çalışırlar”.

Bunu 28 May Azərbaycan Xalq Cümhuriyyətinin elanedlməsinin tarixi əhəmiyyəti və ondan çıxarılmalı olan ibrət dərsləri barədəModerator.az-a açıqlama verən VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.

Onun sözlərinə görə, AXC-nin varisi kimi bugünkümüstəqil Azərbaycanın da başının üstündə qara buludlar daim qalır. Xüsusilə sondövrlərdə Rusiya amilinin bəzi qüvvələr tərəfindən qabardılması diqqət çəkir. BuradaRusiyada çalışan üç milyona yaxın insanın da təsiri var:

“Eləcə də Azərbaycanda rusdilli məktəblərin sayınıartırılması və sair amillər, əslində bunların hamısı müstəqilliyimizə təhlükəyaradır. İran da daxilindəki Azərbaycan türklərinini bu müstəqillikideyalarından uzaqlaşdırmaq məqsədilə daim Azərbaycanın zəifləməsinə çalışır.

Bütün bu qüvvələr Ermənistanı məhz o maqsədlə müdafiəedirlər ki, Azərbaycan türkləri güclənə bilməsin. Bunlar ortada ikən ölkə içindəmilli birliyin olmaması, siyasi partiyalar arasındakı düşmənçilik həddində olanmünaqişələr, mübahisələr, qanununların kifayət qədər işləməməsi, qanununaliliyinin təmin edilməməsi hakimiyyətlə xalq arasında və siyasi partiyalararasında ziddiyyətlər, bunların hamısı o vaxt da o dövlətin yaşamasına maneolub, indi də mane ola bilər”.

Sabir Rüstəmxanlı əlavə edib ki, indi hakimiyyətləmüxalifət partiyaları arasında müəyyən dialoqlar gedir, amma bu, genişləndirilməlidir:

“Ölkədə vətəndaş cəmiyyəti gücləndirilməlidir, millibirlik istiqamətində təbliğat aparılmalıdır, bundan başqa tarixə, keçmişimizəhörmət gücləndirilməlidir.

O iki illik dövr elə təbliğ olunmalıdır ki, bu tarixxalqın gözündə bir ideal kimi yaşasın. Təəssüf ki, bunların hamısı yetərincə nəzərəalınmır”.

Taleh

Mənbə: moderator.az