Türkiyə ABŞ-la müttəfiqdir, Rusiya ilə... - ABŞ diplomatı

Türkiyə ABŞ-la müttəfiqdir, Rusiya ilə... - ABŞ diplomatı

Türkiyənin Rusiya ilə əməkdaşlığı genişlədirməsi və gücləndirməsi istəyindən narahatıq.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Palmer deyib.

“Türkiyənin ABŞ-la müttəfiq olduğunu bildirmək istəyirəm. Bu, Türkiyənin Rusiya ilə olan münasibətlərindən fərqlidir. Türkiyənin Rusiya ilə əməkdaşlığı genişlədirməsi, gücləndirməsi və bəzi məsələlərdə razılıq əldə etmək istəyi ABŞ-ın narahatlığının mənbəyidir. Xüsusilə, bu, Rusiya hərbi təchizatının alışı ilə əlaqəlidir. Bunun bir NATO müttəfiqi üçün yersiz olduğunu və ABŞ-Türkiyə anlaşılmazlıqlarını gücləndirdiyini düşünürəm”, - deyə diplomat bildirib.

Mənbə: axar.az