Misirdə COVID-19 virusuna 900-dən çox yeni yoluxma halı qeydə alınıb

Misirdə COVID-19 virusuna 900-dən çox yeni yoluxma halı qeydə alınıb

Qahirə, 28 may, AZƏRTAC

Misirdə son sutka ərzində COVID-19 virusuna 910 yoluxma halı qeydə alınıb. Beləliklə, bu ölkədə yeni növ koronavirusa yoluxanların ümumi sayı 19 666 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, Misirin Səhiyyə Nazirliyi mayın 27-də COVID-19 virusundan daha 19 pasiyentin həyatını itirdiyini, ölənlərin sayının isə 816 nəfərə çatdığını bildirib. Nazirliyin mətbuat katibi Xalid Meqahed əlavə edib ki, son sutka ərzində 178 koronavirus xəstəsi sağalıb, ümumilikdə isə ölkədə fəaliyyət göstərən 17 karantin xəstəxanasında 5205 pasiyent müalicə olunub.

COVID-19 virusuna yoluxma hallarının artmasına baxmayaraq, Misir hökuməti ölkədə iqtisadi fəaliyyətin bərpası istiqamətində yeni addımlar atır. Belə ki, müxtəlif vilayətlərdə 80-dən çox otelin yenidən açılmasına icazə verilib. İyunun 1-dən isə sosial məsafə qaydalarına əməl edilməklə və tibbi maska taxmağın məcburi olması şərti ilə bir çox müəssisə və obyektlərin fəaliyyəti bərpa ediləcək.

Mənbə: azertag.az