Merkel: Rusiyaya qarşı sanksiyalar uzadılsın

Merkel: Rusiyaya qarşı sanksiyalar uzadılsın

Almaniya kansleri Angela Merkel hesab edir ki, Minsk razılaşmalarının icrasında irəliləyişə qədər Rusiyaya qarşı sanksiyalar davam etdirilməlidir.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.

Merkel bunu 27 may çərşənbə günü Konrad Adenauer adına Fondun təşkil etdiyi forumda məruzə ilə çıxış edərkən söyləyib.

Sanksiyalar siyasətinin davam etdirilməsinin zəruriliyindən danışan Merkel AB ilə Rusiya arasındakı əlaqələrin inkişafına yeni təkan verməyə hazır olduğunu da qeyd edib.

“Rusiya Avropa Şurasında sədrliyi dövründə bizə “hücum edəcək” (2020-ci ilin ikinci yarısı – red.). Beynəlxalq hüququn əsas qaydalarının pozulması lazımi adlarla çağırılacaq” deyib.

Merkel ayrıca vurğulayıb ki, Minsk prosesində irəliləyiş yoxdursa, sanksiyalara əməl olunmaq məcburiyyətində qalacaq.

“Digər tərəfdən, Avropa Şurasında sədrlik bizə münasibətlərə yeni təkan vermək imkanı verir” deyib kansler.

O, Liviya, Suriya, iqlimin qorunması və səhiyyə kimi mövzularda Moskva ilə əməkdaşlığın zəruriliyini vuröulayıb.

“Rusiya ilə yaxşı münasibətlər axtarmağın bir çox səbəbi var. Bunlar – coğrafi yaxınlıq və ortaq bir tarix, qlobal problemlər və iqtisadi qarşıdurmadır” deyib.

Digər tərəfdən, Merkel hesab edir ki, Rusiya AB və Almaniya ilə konstruktiv əməkdaşlıqda maraqlı olmalıdır.

Merkel hər zaman tənqidi-konstruktiv bir dialoqun və dinc yanaşı yaşamağın tərəfdarı olduğunu bildirib. Lakin bunun üçün əsas beynəlxalq münasibətlərdə güclülərin qanununu deyil, qanunun gücünün vacib olduğunu başa düşməkdir.

Merkel Moskvanı Qərbdə mövcud dəyərləri və qaydaları dəfələrlə pozmaqda, qonşuluqda Almaniyanın da daxil olduğu Qərb demokratiyalarına qarşı həll olunmamış münaqişələr və hibrid hücumlar zonası yaratmaqda ittiham edib.

Daha əvvəl hakerlərin Merkelin poçtunu oxuduğu bildirilmişdi. İstintaq hesab edir ki, haker hücumunun arxasında Rusiya hərbi kəşfiyyatı dayanır.

Mənbə: konkret.az