Mark Zükerberq Tvitteri tənqid etdi

Mark Zükerberq Tvitteri tənqid etdi

Feysbuk şirkətinin rəhbəri Mark Zükerberq Tvitter sosial şəbəkəsini Donald Trampın postunun yanlış olduğunu ifadə edən rəngə boyadığına görə tənqid edib.

"Qəti şəkildə inanıram ki, Feysbuk insanların onlayn fikirlərinə hakim ola bilməz. Xüsusilə də onlayn müzakirələr üçün platforma yaradan şirkətlər bunu etməməlidirlər", - deyə Zükerberq qeyd edib.

Qeyd edək ki, Tvitter sistemi, Trumpın mesajlarından birini yalan olduğunu göstərən rəngə boyayıb, istifadəçilərin poçtla səsvermə faktları ilə tanış olmalarını bildirən tvitin altına xəbərdarlıq nişanı qoyulub.

Mənbə: ted.az