İran rəsmisi: “Ölkədə 112 ruhani koronavirusdan ölüb”

İran rəsmisi: “Ölkədə 112 ruhani koronavirusdan ölüb”

Öz açıqlamasında bəzi ruhanilərin və dini mədrəsələrdə mollalıq dərsi alan şəxslərin “Covid-19” infeksiyasından ölənlərin cənazələrinə qüsl verilməsində və onların dəfninin təşkilində iştirak etdiyini bildirən Qulamrza Şəfizadə deyib ki, son üç ay ərzində İranda 112 axund koronavirusdan həyatını itirib: “Bizdə olan dəqiq məlumata əsasən, ölkədə 400 ruhani “Covid-19” infeksiyasına yoluxub və onlardan bu günə qədər 112 nəfəri də koronavirusdan ölüblər.

Həmçinin mövcud məlumatlara əsasən, ölkənin tibb mərkəzlərində və digər sahələrdə çalışan (xəstələrə dua oxuyan -red) 7 ruhani də koronavirusa yoluxaraq həyatlarını itiriblər və bizcə bu ruhanilər artıq şəhid sayılırlar” -deyə, Ruhanilərin Bəsic Təşkilatının rəisi axund Qulamrza Şəfizadə bəyan edib.

Mənbə: davam.az