Filosof: “ABŞ fəlakətə doğru irəliləyir”

Filosof: “ABŞ fəlakətə doğru irəliləyir”

“Ölkəni öz mənafeyini düşünən bir şəxs idarə edir”...

Dilçi və filosof Avram Noam Xomski ABŞ-ın COVID-19 və iqlim dəyişikliyi ilə bağlı verdiyi qərarların fəlakətə apardığını iddia edir.

AYNA-nın xəbərinə görə, “Euronews”a danışan 91 yaşlı filosof iki aydır evindən çıxmasa da, hər şeyi gördüyünü deyir. Onun sözlərinə görə, Ağ Ev fikrini sadəcə payızda keçiriləcək seçkilərə yönəldib: “Ölkəni öz mənafeyini düşünən bir şəxs idarə edir”.

Xomski hesab edir ki, vəzifəyə gəlməsi ilə milli səhiyyə qanununu ləğv edən Prezident Donald Tramp koronavirusun qarşısını ala biləcək bütün xəbərdarlıq sistemlərini də aradan qaldırıb: “Bunlar da ABŞ-ın koronavirusa hazırlıqsız yaxalanmasına səbəb oldu”.

İqlim dəyişikliyinə diqqət çəkən filosof deyib ki, pandemiya nə qədər təhlükəli olursa-olsun, hansısa formada aradan qalxacaq: “Amma iqlim dəyişikliklərinin nəticələri həll edilə bilməyəcək”.

Mənbə: pia.az